MKT İstehsalat Kommersiya (MKT Cotton)

Nəqliyyat mexaniki (Biləsuvar)

Biləsuvar, Azərbaycan

26.12.22


Qeyd

  • Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək verir, məzuniyyət və ezamiyyət zamanı onu əvəz edir;
  •  Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Kənd təsərrüfatı texnikalarının və digər nəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin edir;
  • Yedək hissələrinin düzgün, qənaətbəxş istifadə edilməsi üzərində nəzarət edir;
  • Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
  •  Köhnəlmiş avadanlıqlar və ehtiyyat hissələrini müəyyən edir və onların təmirini növbələşdirir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  •  Materialların və ehtiyyat hissələrinin düzgün ölçüsü, növü və sayını müəyyənləşdirir, əldə edir və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlayır; 
  •  İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirir, qabaqlayıcı və ya nəzarət tədbirləri görür;
  •  İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlayır;
  • Təlimat kitabçasına istinad edərək təmir ilə bağlı ehtiyac duyulan məlumatları əldə edir və iş prosesində tətbiq edilməsini təmin edir;


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Nəqliyyat mexaniki (Biləsuvar)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.12.22


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir

Oxşar Elanlar